Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır

 

Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 1,5 milyon ton təşkil edəcək.

Bu barədə “İnterfaks-Qazaxıstan”a respublikanın Energetika Nazirliyindən bildirilib.

“2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton plan üzrə 1,4 milyon ton təşkil edib. 2025-ci il üçün BTC üzrə plan 2024-cü ilin səviyyəsində – 1,5 milyon ton neft həcmində qalır”, – nazirlikdən bildirilib.

Məlumata görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə illik müqavilə bağlanılıb.

Ötən ilin sonunda Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft tədarükünü 1,5 milyon tondan 20 milyon tona qədər artırmaq imkanlarını öyrənir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password