Şəki sakini 17 saylı həkim komissiyasının özbaşnalığından ölkə başçısına müraciət etdi

 

Şəki rayonu, Baş Göynük kənd sakini, hazırda Bakı şəh., Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 73, mənzil 19-da kirayədə yaşayan  ağır sağalmaz xəstə ( Daun sindromlu ) Saatov Əziz  Nəzirməmməd oğlunun anası  Saatova Nuranə Alı  qızı  tərəfindən tərəfindən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci  vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri  Vilayət  Eyvazova, Baş Prokuror Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil  Babayevə, Səhiyyə naziri Teymur Musayevə, TƏBİB sədrinə və mətbuat  orqanlarına ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin 17 saylı filialının özbaşnalığından və çirkin əməllərinin nəticəsində ağır xəstə olan 9 yaşlı oğlu Əzizin qəsdən əlilliyin  təyin edilməməsilə bağlı müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

Əvvəlcə diqqətinizə çatdırmaq istərdim ki, mənim oğlum Əziz  2015-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olub. 2 yaşından məlum olub ki, uşaqda daun  xəstəliyi var.

Yəni, övladım birdəfəlik əlil olmuşdur. Dəfələrlə uzun müddətli müalicələr etsək də effect vermədiyinə görə  əlil kimi nəzərə alınmışdır. Mən anasına da baxıcı kimi aylıq 100 manat pul verilmişdir. Lakin 4 aydır ki, 2016-cı ildən təyin olunan pensiyasını əsassız olaraq kəsiblər. Bu məsələ üçün uşaqla birlikdə 2024-cü ilin dekabrın 4-də və 10-da  ƏƏSMN-nin 17 saylı TSEK-də həkim komissiyasında olduq.Dedilər ki, 1 həftəyə komissiyanın cavabı olacaq. Lakin həftələr keçməsinə baxmayaraq onlar pensiyanın kəsilməsinə qərar versələr də bu barədfə bizə rəsmi məlumat vermirlər. Lakin fakt bundan ibarətdir ki, 2033-cü ilə qədər nəzərdə tutulmuş əlillik ləğv edilmişdir ki, pensiya da verilmir. Mahmud həkim də Natiq həkim də bildirirlər ki, uşağa əlillik düşmür. Bu həmin adamlardır ki, 24.02.2016-cı ildə 17 saylı TSEK üzvləri 2033-cü ilədək əlilliyin təyin olunması barədə qərar qəbul etmişlər. Lakin uşaq indiyədək məktəbə getmir, və heçnə bilmir. Və heçnə də öyrədə bilmirik. Yəni ciddi daun sindromlu ( F71, F-72, F-73, Q90) xəstədir. Axı necə ola bilir ki, əvvəl əlillik təyin edilir. İndi isə heç bir səbəb göstərmədən əlillikdən məhrum edilir. Dünyanın bütün ölkələrində belə uşaqlar həmişə əlil hesab ediliblər. İndi ƏƏSMN-nin 17 saylı TSEK nə fikirləşibsə daun sindromlu ciddi xəstə olan oğlumu əlil hesab etmirlər. Sadəcə heç bir izahat vermədən deyirlər ki, əlillik düşmütr. Vəsəlam. Mən bu əsassız fikir və düşüncələrlə razı deyiləm.

İndi də özlərini ağıllı hesab edən, əslində Hipokrat andına tüpürüb, evinə maraqları təmin edilməklə çörək aparan bu tiplər uşağı əsassız olaraq əlillikdən məhrum etmişlər.Və bununla da  bilərəkdən böyük bir cinayətə yol vermişlər.

Bunların əsassız qərarından sonra mən bir ana kimi çıxılmaz vəziyyətdə qalmışam. Həkimlərin əsassız rəyindən isə nəticə çıxır ki, guya Əziz Saatov artıq sağalmaq üzrə imiş. Doğrudur, biz çox kasıb vəziyyətdə yaşadığımıza görə pulumuz olmur. Əzizin atası Nəzirməmməd indi böyrək çatışmazlığından əziyyət çəkir. Hər dəfə dualism aparataına qoşulur. Başımı ata və oğul xəstələr arasında tam itirmişəm. Yoldaşım iş qabiliyyətini itirmişdir.  Birtəhər yeməyə quru çörək tapırıq. Hesab edirəm ki, ona görə də vicdansız həkimlər tərəfindən belə formada “cəzalandırıldıq”.

Cənab Səhiyyə naziri Teymur Musayev!

Xahiş edirəm ki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının “peşəkar” üzvlərinizi başa salasınız ki, sağalmaz xəstəlik –daun sindromu diaqnozu qoyulanoğlumun  müalicəsi mümkünsüzdür ki, sağalsın.

Tibbi komissiyanın belə bir ağır xəstənin əlillik hüququndan məhrum etməsi başa düşülən deyil. Hesab edirəm ki, adi həkim adına təhqirdir, savadsızlıqdır, təxribatdır. Heç olmasa özünüzü orta təhsilli tibb bacısı səviyyəsində aparın, insanların heysiyyatı ilə oynamayın! Bir az Utanın.

Cənab Prezident!    Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün rəyin verilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza  komissiyasının 17 saylı TSEK üzvlıərinin korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm. Sağ olun.

Saatova ves 1.jpeg

Eziz xeste vesiqe.jpeg

 

Aktualinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password