Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
O, bu barədə “X” hesabında paylaşım edib.
“Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram”, – deyə paylaşımda qeyd olunub.
Həmçinin ABŞ-nin Azərbaycandakı səfirliyi də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Səfirliyin müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər xiyabanını ziyarət edib.
“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, – deyə müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon da 20 Yanvar – Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
O, bununla bağlı “X” hesabında paylaşım edib.
“Bu gün biz həmkarlarımla birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdik”, – deyə paylaşımda qeyd olunub.