Hakan Fidan: Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək
SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də türkiyəli həmkarı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bu mənada TDT-nin daha funksional hala gəlməsi strateji bir addımdır.
“Azərbaycan və Türkiyə bu mövzuda da bir-birinin yanındadır və bərabər addımlayır. 2024-cü ildə atılan addımları bu il bir addım daha irəli aparacağıq”, – H.Fidan bildirib.
Onun sözlərinə görə, türk dövlətlərinin ortaq fəaliyyəti 2025-ci ildə də ən yüksək səviyyədə davam edəcək:
“Bununla da regiona faydalı olacağımızı düşünürük”.