“İran terrorçunu məhz buna görə qoruyur” – “Prezident bənd-bənd izah etdi”

 

“Prezident İlham Əliyev İranla bağlı suala verdiyi detallı cavabda iki ölkə arasındakı münasibətlərdə gərginliyin səbəbini bənd-bənd izah etdi. Dövlət başçısının cavabından aydın oldu ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi Fransa ilə yanaşı İranı da narahat edib”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Prezidentin təbirincə desək, necə ki, Azərbaycanın qələbəsini Fransa öz məğlubiyyəti kimi qəbul edib, eyni sözləri İrana aid etmək olar”, – o əlavə edib.

Ekspert vurğulayıb ki, İlham Əliyevin İranın Ermənistan üzərindən Qarabağ separatçılarına daşıdığı yanacaq barədə söylədikləri bunun sübutudur: “Dövlət başçısının “əyalət mollası” adlandırdığı Ərdəbilin cümə imamı Seyid Amulinin ilk dəfə deyil ki, onu və azərbaycanlıları təhqir etdiyini bildirdi. İlham Əliyev bu haqda danışarkən ritorik sual səsləndirdi: “Onu həmin vəzifəyə təyin edən şəxs (dövlət başçısı İranın ali dini lideri nəzərdə tutub) əyalət mollasının təhqiramiz fikirlərin barədə nə düşünür?”

Başqa sözlə dövlət başçısı ona işarə edib ki, əyalət mollası özbaşına danışmır, onu danışdıranlar var. Təəssüf ki, Amuli kimiləri danışdıranlar iki ölkə arasında normal münasibətlərinin qurulmasını istəmirlər, elə Azərbaycan səfirliyinə hücum edən terrorçunu məhz buna görə qoruyurlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password