Türkiyədə 2025-ci il “Ailə ili” elan edildi – Ərdoğan açıqladı

 

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada 2025-ci ili “Ailə ili” elan etdiklərini bəyan edib. O, ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq, bu istiqamətdə hərtərəfli tədbirlərin həyata keçiriləcəyini bildirib.

Türkiyə lideri 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.

Siyasətçi xatırladıb ki, imkan daxilində ailələri ən azı üç uşaq sahibi olmağa çağırır.

Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Məsələləri üzrə Ali Şurasının ilk iclası keçiriləcək.

Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyası ilə “ailə quruluşunun qorunması və möhkəmləndirilməsi, gələcək nəsillərə möhkəm miras kimi çatdırılması istiqamətində” ilboyu təşkil ediləcək proqramların hazırlandığını vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password