Metroda gediş haqqı artırılır? – Rəsmi cavab
Bakı Metropoliteni QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
Bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
Bildirilib ki, həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə metroda gediş haqqının 50 qəpikdən 55 qəpiyə qaldırılacağı ilə bağlı iddia yayılıb.