İsrail Dəməşqi ələ keçirə bilər – “Yeni Şafak”
İsrail Suriyada PKK/YPG mövqelərini qorumaq üçün Dəməşqi ələ keçirə bilər.
Bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb.
Yazıda qeyd olunub ki, Türkiyənin Suriyanın yeni administrasiyasının formalaşmasına fəal dəstəyi İsrailin planlarını pozub.
Bu səbəbdən İsrail tərəfi Türkiyənin sözügedən ölkədəki təsirini azaltmağa çalışır.
Müəllifin sözlərinə görə, əgər Fərat çayının sahili terrorçulardan təmizlənməsə və Suriyanın ərazi bütövlüyü təmin edilməsə, bölgə əvvəlki qeyri-sabitlik dövrünə qayıdacaq.
Müdaxilə olunmasa, Suriya parçalanacaq və bu, İraqa birbaşa təsir göstərəcək.
Nəticədə Türkiyə üçün əsas cəbhə yaranmış olacaq.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın dağılmasının qarşısını alacağına söz verib.