Baxçalıdan xəbərdarlıq: “Başqa çarə qalmadı”

 

Suriyada yeni dönəm başlayıb, artıq orada PKK/YPG terror təşkilatına yer yoxdur.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Suriyada zülm dövrü qapandı. İndi Suriyanın ayağa qalxma vaxtıdır. Suriyada PKK-ya yer yoxdur. Suriyanı vətəndaş müharibəsinə cəlb etməyi hədəfləyən mexanizm işləyir. Bölgədə PKK/YPG-yə yer yoxdur. Suriyadakı sabitlik qırmızı xəttimizdir. Biz nə daxilimizdə, nə də xaricdə terror təşkilatı istəyirik”, – MHP lideri bildirib.

Baxçalı bölgədə terrorun tamamilə bitəcəyini vurğulayıb:

“Terror bitəcək, qardaşlıq möhkəmlənəcək, türk milləti rahat nəfəs alacaq. Milli birliyimizin bayrağı hamını öz kölgəsi altında toplayacaq.

Artıq etnik bloklaşmadan söhbət gedə bilməz. Birlikdə Türkiyə olmaqdan başqa çarə qalmayıb. Boşa keçirməyə bir saniyəmiz də yoxdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password