Əliyevdən son mesaj: Putin bu dəfə də tələbi yerinə yetirməsə…

 

Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert təyyarə məsələsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir, Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiyini bildirir. Kremldən səs çıxmır. Görünür, Kremlin təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur. Əksinə, son günlər nəzarət etdikləri informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldiblər.

Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil. Deyəsən, Moskva-Tehran cütlüyü Suriyada məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışır. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq.

Rusiya və İranı yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir, ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər. Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq.

İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password