Bayden Putinlə ilk sammitin tarixini qarışdıraraq onu 47 ildir tanıdığını iddia edib


ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə ilk sammitin tarixini səhv salıb.

Ağ Evdə Konqresin yeni Demokrat üzvləri qarşısında danışan Bayden, Rusiya liderini 47 ildən artıqdır ki, tanıdığını bildirib.

Amerika administrasiyasının rəhbəri digər məsələlərlə yanaşı, beynəlxalq arenadakı vəziyyətə də toxunub. O, 20 yanvar 2021-ci ildə andiçmə mərasimi barədə danışıb: “Mən Putini 47 ildən çoxdur tanıyıram. Yadımdadır, onunla seçildiyimiz vaxtdan andiçməmizə qədər görüşdüm. Və ya dərhal sonra. Yox, bağışlayın, ondan əvvəl. Xeyr, düzdür, vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində”.

İstefada olan ABŞ prezidentinin sözlərinə görə, o, silahlara nəzarət və nüvə silahları üzrə dialoqun bərpası barədə danışmaq istəyib, əvəzində Rusiya lideri isə ölkəsinin necə dəyişdiyindən söhbət edib.

Qeyd edək ki, dövlət başçıları kimi Putin və Bayden 2022-ci il fevralın 12-də telefonla, ondan əvvəl isə 2021-ci ilin sonunda danışıblar. Tərəflər arasında liderlər kimi yeganə üz-üzə görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.

2024-cü ilin iyununda Bayden ABC telekanalına verdiyi müsahibədə Rusiya prezidentini 40 ildən çox tanıdığını deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbərinə Putini bu qədər uzun müddət necə tanıdığını yoxlamağı təklif edib.

Bayden Delaver ştatından olan senator kimi 1970-ci illərin sonundan bir neçə dəfə SSRİ-yə səfər edib. Halbuki həmin illərdə Putinin 30-a yaxın yaşı var idi və o, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin strukturlarında xidmət edib, 1985-ci ildə isə Almaniya Demokratik Respublikasına işləməyə göndərilib və 1990-cı illərə qədər orada qalıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password