Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Aşiqi-sadiq mənəm” adlı ədəbi-bədii gecə keçirilib

 

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Aşiqi-sadiq mənəm” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir və şairə Mahcamal çıxış ediblər. Çıxışlarda dahi Füzulinin yaradıcılığından, onun zəngin ədəbi irsindən, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına təsirindən söz açıblar. Füzulinin Azərbaycan xalqının mənəviyyatının ən böyük rəmzlərindən biri olduğuna diqqət çəkilərək, Füzuli qəzəlləri və muğam mövzusunda düşüncələrini bölüşüblər. Qeyd edilib ki, Füzuli qəzəlləri sözdə həkk olunmuş bir musiqi olduğuna görə Azərbaycan bəstəkarlarının böyük qismi bu poeziyaya mütəmadi müraciət ediblər. Bildirilib ki, Füzuli poeziyasında o dövrün musiqi alətlərinə və musiqi terminlərinə rast gəlirik. Bu alətlərdən ney, cəng, ud, qopuz, musiqar, nəfir, tənbur, setar, qanun və başqa bir çox musiqi alətlərinin adları bu və ya digər obrazla, təşbihlə, fəlsəfi fikirlə, estetik təsirlə əlaqədər çəkilir.

Gecə xanəndələrin ifasında Füzulinin qəzəllərindən ibarət muğam axşamı və şairin əsərləri əsasında hazırlanmış ədəbi-teatral kompozisiya ilə davam edib. “Aşiqi-sadiq mənəm” adlı gecə klassik poeziya, muğam musiqisi və teatr sənətini birləşdirən mədəniyyət layihə kimi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İnformasiya dəstəyi

Məqaləyə dair fotomateriallar:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password