Təyyarə qəzası ilə bağlı güclənən versiya: “Dörd il öncə İran da…”

 

Bakıdan Qroznıya uçan təyyarənin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ətrafındakı gəlişmələrə diqqət çəkib:

“İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vuranda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandıra bilməyəcəyini anladıqdan sonra Ukrayna təyyarəsini “səhvən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” kimi bir açıqlama verdi.

Bakıdan Qroznıya uçan təyyarənin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib. Bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydılar: “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”.

Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırlar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. Ona da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı, yaxınlıqdakı Mahaçqala hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb?”.

Elxan Şahinoğlu xatırladıb ki, 2015-ci ildə Rusiyaya bağlı Donbas separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurmuşdular:

“Moskva bu günə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurduğunu etiraf etsələr, bu, 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password