DİN vətəndaşları rəqəmsal platformalarda diqqətli olmağa çağırıb

 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb.

Bu barədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabında paylaşılıb.

Paylaşımda deyilir:

“Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olun!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password