AZAL-ın təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğradı
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bu barədə AZAL məlumat yayıb.
Qazaxıstan mətbuatı məlumat yayıb ki, təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb. Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Qroznı aeroportundan məlumat verilib ki, AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşu və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir.
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü anın görüntüləri yayılıb.