Türkiyədən Suriyaya daha bir dəstək

 

 

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən nümayəndə heyəti Suriyada elektrik probelminin həlli üçün bu ölkəyə səfər edəcək.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar jurnalistlərə açıqlamasında deyib.

A.Bayraqdar bildirib ki, nümayəndə heyəti Suriyada enerji və elektrik infrastrukturunu araşdırmaq, əməkdaşlıq və yardım məsələlərini müzakirə edəcək:

“Ölkədə əsas problemlərdən biri də elektrikin verilməsi ilə bağlıdır. Bunu təmin etmək üçün formula hazırlanacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password