Özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsaitlər azaldı

 

Bu ilin yanvar-noyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 milyon manat azdır.

Ancaq daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% artım deməkdir.

Ümumilikdə isə, bu ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat (2.5% artım) vəsait daxil olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password