“Ehtiyatlı və qətiyyətsiz…” – “Bu, Ukraynanı qələbə şansından məhrum edib”

 

ABŞ-nin müttəfiqləri əmindirlər ki, ABŞ Prezidenti Co Baydenin strategiyası Ukraynanı qələbə şansından məhrum edib. 

“Bloomberg”-də Ukrayna mövzusunda dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Bayden administrasiyasının Ukraynanı dəstəkləmək üçün resursları səfərbər etmək səylərinə baxmayaraq, Kiyev və bir sıra müttəfiq paytaxtların rəsmiləri bunun çox gec edildiyini deyirlər.

Hətta ABŞ-nin hərbi yardımı artırmaq və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməklə bağlı son səyləri də nəyisə dəyişmir və Ukrayna artıq yalnız münaqişənin məcburi tənzimlənməsi reallığı ilə üz-üzə qalıb: “Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps deyib: “Onun(Baydenin-red.) ürəyi şübhəsiz ki, doğru yerdə idi. O, Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyin vacibliyini anlayırdı. Bununla belə, onun yanaşması tez-tez çox ehtiyatlı və qətiyyətsiz olub, vəziyyəti dəyişmək üçün lazım olan mühüm dəstəyi verməkdən çəkinib”.

ABŞ-nin əhəmiyyətli səyləri, o cümlədən Ukraynaya 90 milyard dollardan çox yardım ayrılması, qabaqcıl silahların ötürülməsindəki gecikmələr səbəbindən həlledici üstünlüyü təmin edə bilməyib. 2022-ci ildə Ukraynanın strateji üstünlüyə malik olduğu kritik məqamlarda Prezident Zelenskinin əlavə silahların dərhal tədarükü ilə bağlı çağırışları eskalasiya, xüsusən də nüvə təhlükəsi səbəbindən Vaşinqtonda ehtiyatla qarşılandı.

ABŞ dövlət katibi Antoni Blinken deyib: “Prezidentin özünəməxsus başqa bir məsuliyyəti var. Nüvə gücləri arasında birbaşa münaqişədən qaçmaqla Ukraynanı bütün mümkün müdafiə ilə təmin etmək onun məsuliyyətidir”.

Ekspertlərin fikrincə, Bayden administrasiyası əslində Ukraynanın qalib gəlməsi üçün şərait yaratmaqdansa, Rusiyanı cilovlamaq strategiyasını seçib. Bu yanaşma yüz minlərlə insanın həyatına son qoyan və Kiyevin perspektivlərini şübhə altına alan uzunmüddətli münaqişəyə gətirib çıxarıb…

Hava hücumundan müdafiə sistemləri, daha uzun mənzilli raketlər və döyüş təyyarələri kimi müasir silahların verilməsində gecikmələr Ukrayna üçün vəziyyəti çətinləşdirib. Kiyev qərar gözlədiyi bir vaxtda Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirərək, iqtisadiyyatı və əhalinin mənəvi durumunu zəiflətdi.

Bəzi müttəfiqlər Baydenin nüvə eskalasiyası qorxusunun şişirdildiyini deyirlər. Putin isə bu vaxtdan müdafiəni gücləndirmək üçün istifadə etdi və bu, Ukrayna üçün vəziyyəti xeyli çətinləşdirdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password