Putin öz-özünü təkzib etdi- “Oreşnik” yalanı üzə çıxdı
Kreml sahibi digər mübahisəli tezislər də səsləndirib
Xəbər verildiyi kimi, Vladimir Putin dünən Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edib.
Rusiya başçısının həmin iclasda səsləndirdiyi bir çox fikir və tezislər mediada müzakirələrə və mübahisələrə səbəb olub.
Kreml nümayəndələrinin alan açıqlamalar verməsinə, təhdidlərlə çıxış etməsinə tez-tez rast gəlinir. Bunun Putun tərəfindən də təkrarlanması isə Rusiya rəhbərliyinin öz təbliğatını hansı prinsip və meyarlar üzərində qurduğunu bir daha göstərmiş olur.
Məsələn, Putin sözügedən son iclasda gecə-gündüz təbliğatçıların və onun özünün təriflədiyi “Oreşnik” raketi barədə danışıb. Növbəti dəfə bu raketi tərifləyən Rusiya başçısı sonda deyib ki, “Oreşnik”-in kütləvi, seriya istehsalına başlamaq lazımdır: “Yaxın müddətdə Rusiyanın və onun müttəfiqlərinin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün belə komplekslərin seriya istehsalını təşkil etmək lazımdır”.
Yəni, bundan sonra “Oreşnik”-in seriya istehsalı gözlənilir. Lakin məsələ ondadır ki, Putin elə həmin “Oreşnik”-lə hələ noyabrın 21-də Dneprə zərbə endiriləndən dərhal sonra bu raketin artıq seriya şəkilndə istehsal edildiyni bəyan etmişdi: “”Oreşnik”-in seriya istehsalı başlayıb”.
Putinin özü-özünü təkzib etməsinə ilk dəfə deyil ki, rast gəlinir. Ukraynaya qarşı işğalçılıq müharibəsindən əvvəl səsləndirdiyi fikirlərin, vədlərin bir çoxu sonradan onun özü tərəfindən dəflərlə təkzib edildi, yalan bəyanatlar verildi.
Sözügedən kollegiya iclasında Putinin digər maraqlı bəyanatları da olub. Onlardan bir neçəsi xüsusilə diqqət cəlb edir: “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması Rusiya xalqına qarşı cinayətdir”.
Bunu müstəqil, suveren dövlət olan qonşu Ukraynanın beynəlxalq birlik tərəfindəın tanınan ərazilərinin 20 faizini işğal etmiş, dinc şəhərlərini bombalamış, yüz minlərlə ukraynalının ölümünə, milyonlarla insanın qaçqın düşməsinə, faciəsinə səbəb olan və bu işğala birbaşa əmr verən şəxs deyir…
Putinin digər açıqlamalarında deyilir:
-“Rusiyada insanlar könüllü olaraq cəbhəyə gedirlər”.
-“Rusiya dövləti və xalqı ölkənin təhlükəsizliyini və gələcəyini təmin etmək üçün Silahlı Qüvvələrə əlindən gələn hər şeyi verir”.
-“Bu il hər gün orta hesabla 1000-dən çox insan müqavilə ilə hərbi xidmətə gedib”.
-“Rusiya 2024-cü ildə xüsusi əməliyyat çərçivəsində 189 yaşayış məntəqəsini azad edib.”
-“Qərb dünyaya öz qaydalarını tətbiq etməyə davam edir, lakin onun özü üçün yalnız bir qayda var – qaydalar yoxdur.”
-“Qərb Rusiyanı “qırmızı cizgiyə” çəkir”.
-“Avropadakı Amerika qoşunlarının sayı 100 min nəfəri keçib”.
-“Qərb ölkələrinin hakimiyyətləri öz əhalisini Rusiya ilə qorxudur.”
-“Ukrayna və Rusiyanın bütün bəlaları Kiyevdəki qanlı çevrilişdən sonra başlayıb”.
Həmin iclasda Rusiya Müdafiə naziri Andrey Belousov da çıxış edib. Onun açıqlamalarında da şişirdilmiş məqamlar kifayət qədər olub:
-“Xüsusi Hərbi əməliyyat başlayandan bəri Kiyevin itkiləri təxminən bir milyon nəfər təşkil edib”.
-“Təkcə Kursk avantürasında Ukrayna Silahlı Qüvvələri 40 mindən çox hərbi qulluqçusunu itirib”.
-“Bu il Rusiya Silahlı Qüvvələri təxminən 4,5 min kvadrat kilometr ərazini azad edib”.
-“2024-cü ilin əvvəlindən indiyədək 427 mindən çox insan müqaviləli xidmətə daxil olub”.
Yeri gəlmişkən, Putin təkcə özünün deyil, Dmitri Medvedevin də bəzi açıqlamalarını təkzib edib. Məsələn, Medvedev təkcə 2023-cü ildə 420 min Rusiya vətəndaşının Ukrayna müharibəsində iştirak etmək üçün orduya qoşulduğunu demişdi. Putin və Belousov isə son çıxışlarında 2023-cü ildə 300 min, 2024-cü ildə 427 min nəfərin müharibəyə cəlb edildiyini deyib…/azpolitika.info
Video linkdə: https://www.facebook.com/belsat.ru/videos/11159452…