21 reyslı 2 ton avro… – Bəşər Əsəd pulları Suriyadan belə çıxarıbmış

 

Suriyada illərdir davam edən vətəndaş müharibəsi müxalifətin noyabrın 27-də başlatdığı əməliyyatlarla başa çatıb. 12 gün ərzində paytaxt Dəməşqə çatan müxalifət hökuməti ələ keçirib. 61 illik Baas rejiminin sona çatması ilə Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Hazırda Moskvada yaşayan Əsədin sərvəti dünya gündəminin əsas müzakirə mövzularından birinə çevirilib. Ailəsinin və özünün var-dövləti müzakirə predmetinə çevrilən Əsədin 2019-cu ildə Moskvaya pul göndərdiyi ortaya çıxıb.

“Financial Times” (FT) Suriya Mərkəzi Bankının 2018-2019-cu illərdə Moskvaya milyonlarla dollarlıq nağd pul göndərdiyini yazıb. Xəbərdə 21 reyslə Rusiyaya təxminən 2 ton avro və 250 milyon dollar nağd pul göndərildiyi iddia edilib.

Nəşr qeyd edib ki, Suriya Mərkəzi Bankı Bəşər Əsədin hakimiyyəti dövründə valyuta ehtiyatları demək olar ki, tükənməsinə baxmayaraq, Moskvaya 100 və 500 avroluq əskinaslardan ibarət külli miqdarda nağd pul göndərib.

Əsədin 2019-cu ildə təyyarə ilə 10 milyon dolları 100 dollarlıq əskinaslarla, başqa bir uçuşla isə 20 milyon avronu 500 avroluq əskinaslarla göndərdiyi açıqlanıb.

Nəşr yazıb ki, 2012-2018-ci illər arasında pul köçürmələri qeydə alınmayıb. Qəzet pul vəsaitlərinin Rusiya banklarına yatırıldığını və Əsəd ailəsinin Moskvada dəbdəbəli daşınmaz əmlak aldığını iddia edib. Suriya Hüquqi İnkişaf Proqramından Eyad Həmid belə köçürmələrin uzun illər Əsəd rejimi tərəfindən edildiyini açıqlayıb./ azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password