UEFA Çempionlar Liqası: Bu gün VI turun 9 oyunu keçirilib
UEFA Çempionlar Liqasında bu gün VI tura start verilib.
Turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gələrək faktiki olaraq 1/8 finala vəsiqə qazanmağa yaxınlaşıb, “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb.
İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.
Liqa mərhələsinin turnir cədvəlinə 18 xalla “Liverpul” başçılıq edir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0
21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1
00:00. “Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3
00:00. “Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0
00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3
00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1
00:00. “Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5
00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3
00:00. “Brest” (Fransa) – PSV (Niderland) 1:0
Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.