Mərkəzi Bank ən çox şikayət olunan avto-icbari sığorta şirkətlərinin siyahısını yaydı

 

Ötən ilin dekabrından bu ilin noyabr ayınadək avto-icbari sığorta üzrə şikayət indeksi açıqlanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) xəbər verib.

Məlumata görə, şikayət indeksi üzrə siyhada ən yüksəkdə “Xalq Sığorta” ASC (1,55), ən aşağıda isə “Qala Sığorta” ASC (0,43) dayanır.

Avto-icbari sığorta üzrə şikayət indeksini təqdim edirik:

Sığortaçılar Şikayət indeksi
“Xalq Sığorta” ASC 1.55
“Atəşgah Sığorta” ASC 0.89
“Meqa Sığorta” ASC 0.83
“AtaSığorta” ASC 0.68
“Azərbaycan Sənaye Sığorta” ASC 0.47
“Qala Sığorta” ASC 0.43

Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password