Bəşər Əsədi bitirən təklif: Savaş bundan imtina ilə başladı

Yaxın Şərq və Aralıq dənizi ətrafında ciddi dəyişikliklərin davam etməsi fonunda Suriya hadisələrdən kənarda qala bilməzdi.

Bu sözləri politoloq Zaur Məmmədov deyib.

Analitik Suriya və Yaxın Şərqdə baş verən son gəlişmələrə diqqət çəkib:

“Bütün dünyanın diqqəti Notr-Dam kilsəsində olan vaxtı Suriyadan gözlənilməz xəbərlər aldıq. Silahlı qruplaşmalar birdən-birə fəallaşaraq, şəhərləri bir-birinin ardınca ələ keçirdilər. Bu, dönüş nöqtəsi oldu, Bəşər Əsədi ölkəni tərk etməyə, tələsik Moskvaya sığınmağa məcbur etdi.

Məsələnin siyasi tərəfinə gəlincə, məlum məsələ idi ki, Yaxın Şərq və Aralıq dənizi ətrafında ciddi dəyişikliklərin davam etməsi fonunda Suriya hadisələrdən kənarda qala bilməzdi. Bölgədə İsrailin silahlı qruplar və İranla effektiv mübarizə apardığı bir vaxtda Suriya məsələsi fərqli cəbhələrdə yer alan beynəlxalq və regional aktorlar üçün fürsət olmalıydı. Suriya Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, İran kimi dövlətlər üçün təhlükəsizlik məsələsidir. Kim daha çevik tərpənsəydi, payı o alacaqdı.

 

Məsələnin iqtisadi tərəfi – Suriya uzun müddətdir qlobal enerji oyununda əsas regionlardan biridir. Hələ 2009-cu ildə Qətər onun vasitəsilə Avropanın Rusiya qazından asılılığını sarsıdacaq qaz kəməri çəkməyi təklif etmişdi. Amma Rusiya və İran Əsədə bunu etməyə imkan verməzdi, vermədi də. Əsədin Qətər qazından imtinası vətəndaş müharibəsinin başlanğıcı oldu.

Hadisələrin gedişində Rusiya və İran vəziyyəti ələ aldı və Əsədi qorumağı bacardı. Amma indi nə Rusiya, nə də İran o vəziyyətdədir. Bu ilin son günü Ukrayna vasitəsilə Avropaya nəqli qaz müqaviləsinin vaxtı bitir. İndi nə baş verəcəyini gözləmək qalır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password