Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb

 

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.

“Əl-Cəzirə” telekanalı xəbər verir ki, o, Dəməşqdəki Əməvi məscidində bu bəyanatla çıxış edib.

Qeyd edək ki, bu, Əl-Culaninin Ərəb Respublikasının paytaxtına gəlişindən sonra ilk ictimai çıxışıdır.

Qətər telekanalı onun sözlərini sitat gətirib: “Bu qələbə regionda yeni tarixin başlanğıcı olacaq”.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password