Əsəd rejiminin Azərbaycana münasibətinə baxın – Foto

 

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra erməni siyasi cameəsində isterika yaşandığı və bu çevrilişin Ermənistana zərbə olacağı ilə bağlı panik şərhlər verildiyi bir vaxtda Azərbaycanda da kimlərsə Əsəd rejiminə qahmar çıxmağa çalışır.

Bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

O, Əsədlə bağlı “fikir müxtəlifliyi” səbəbindən bəzi hadisələri yada salıb:

“Birinci fotoda (aşağıda təqdim edilir – red.) Bəşər Əsədlə yanaşı oturan şəxs keçmiş rejimin baş müftisi Əhməd Bədrəddin Hassundur. Diktator Bəşər Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan Hassun keçmiş Dağlıq Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə çıxışında o bildirib: “Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”.

1. Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşub və onun yaxın mühafizəsində olub;

2. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib. Türkman (Azərbaycan türkləri – red.) xalqının qətliamında iştirak ediblər;

3. Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin sübutları var;

4. Xocalı soyqırımı zamanı Suriyadan Əsədin xüsusi təyinatları ermənilərlə birgə iştirak edib. Gürcüstandan qalxan helikopterin pilotları Suriya ərəbi və Suriya ermənisi olub.

İkinci fotoya diqqətlə baxın:

“Mersedes” firmasının istehsalı olan “Gelandevagen” markalı maşını 1990-cı ildə Suriya Prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sərksiyana hədiyyə edib. Sərkisyan onu bir az sürüb, sonra gürcü biznesmenlə iki tanka dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.

1994-cü ildə Suriya prezidenti həmin maşını gürcü biznesmendən pulla geri alıb, yenidən Sərkisiyana hədiyyə edir!

İndi bu “Mersedes” Ermənistanda muzeydə saxlanılır.

Xocalıda günahsız insanların qatilləri (digərlərini hələ demirəm) olan ermənilərlə əlbir olan Bəşər Əsəd və onun baş müftisinə Azərbaycan xalqı necə yanaşmalıdır?”/axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password