Gürcüstanda gərginlik böyüyür – “Artıq hakimiyyət…”

 

Artıq Gürcüstan hakimiyyətinin aşınması prosesi başlayıb.

Bunu gürcü politoloq Gela Vasadze deyib.

Gürcüstandakı kütləvi nümayişlərin səbəbləri haqda danışan analitik bildirib:

“Kobaxidzenin faktiki olaraq avrointeqrasiyadan imtina etməsi ilə bağlı bəyanatı cəmiyyətin fəal hissəsini ümummilli xarakter almış etirazlara sövq edən tətik oldu. Etirazlar təkcə Avropaya inteqrasiyanın rədd edilməsi ilə bağlı deyil, həm də bu ilin yazından sonra baş verən hər şeyə, o cümlədən “Xarici təsirin şəffaflığı haqqında” qanuna, seçkilər və sairə görədir.

Mövcud vəziyyətdə istənilən ssenari mümkündür, amma artıq hakimiyyətin aşınması prosesi başlayıb”.

Vasadze son parlament seçkilərinin nəticələrinin gürcü cəmiyyətin əksəriyyəti, Qərb ölkələri və Prezident Salome Zurabişvili tərəfindən qəbul edilmədiyini xatırladıb.

ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığa son qoyması ilə bağlı açıqlamasına diqqət çəkən politoloq qeyd edib:

“Strateji tərəfdaşlığın dayandırılması xəbərdarlıqdır. ABŞ sanksiyalar tətbiq etməyə də hazırdır”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password