Xameneyinin müşaviri açıq danışdı – “Aşkarca göstərdi ki, Türkiyə…”
İran müttəfiqi Suriya lideri Bəşər Əsədi xilas etmək üçün heç bir addım atmır.
Bu barədə politoloq Ərəstun Oruclu bildirib.
“Türkiyə tələyə düşdü” deyərək, Ankaraya qarşı sensasion bəyanat verən Seyid Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti İranın əsl düşməninin Türkiyə olduğunu göstərdi. Siyasəti anlayanlar üçün burada heç bir yenilik yoxdur.
Bəyanatın bir məqsədi də istifadə müddəti bitmiş Əsəd rejiminin təhvil verilməsinin məsuliyyətini Türkiyənin üzərinə atmaqdır. Halbuki Tehran özü “qardaş”ı Əsədi xilas etmək üçün real heç bir addım atmır”, – analitik vurğulayıb.
Ərəstun Oruclunun sözlərinə görə, Suriyadakı son gərginləşmədən sonra İran tərəfdarları sosial mediada Türkiyə əleyhinə təbliğata başlayıblar:
“Bizim üçün burada önəmli məqamlardan biri də son günlər sosial media seqmentində Türkiyə əleyhinə təbliğatın haradan (İrandan) qaynaqlanmasıdır. Vilayəti bütün gizli kartları açdı, yoxsa çoxları inanmırdı, tərəddüd edirdi”.