Paşinyan gözləmə mövqeyində: “Bu baş versə, sülhdən imtina edəcək”

 

Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib. Həmçinin ermənilər şərti sərhəddə tunellər çəkir, istehkamlar qururlar.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Tiflisdəki siyasi böhran və Qərbin Gürcüstanın mövcud iqtidarını devirmək səyləri İrəvanı sülh danışıqlarında belə bir mövqe tutmağa sövq edə bilər:

“Avropa İttifaqı, xüsusilə Fransa Gürcüstandakı etiraz aksiyalarını Prezident Salome Zurabişvili vasitəsilə idarə edir. Qərb məqsədinə nail olub, özünə bağlı siyasi komandanı Tiflisdə hakimiyyətə gətirə bilsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər. Ermənistanın silahlanmasını da bu kontekstdə dəyərləndirmək olar.

Ermənistanın silahlandırılması üçün ən qısa yol Gürcüstandan keçir, Fransa indiki məqamda bu yolda maneə ilə üzləşib və bu əngəlləri aşmaq üçün əlindən gələni edir. Fransa açıq şəkildə Ermənistanı Azərbaycana qarşı müharibəyə sövq edir.

Paşinyan Parisin bu pozucu səyləri qarşısında siyasi iradə ortaya qoysa, Ermənistanı eskalasiyadan kənar tuta, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək. Ermənistan sülhdən qazanacaq, nəinki müharibədən. Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın Türkiyə ilə əlaqələrinin bərpası deməkdir. İndi Ermənistanın hansına gedəcəyi Paşinyandan asılıdır. Seçim müharibə olsa, Ermənistanın itkiləri ağır olacaq, xüsusən də hələ də Azərbaycana qarşı ərazi iddialarının davam etməsi fonunda”.

Əsədullazadənin fikrincə, Cənubi Qafqazda hərbi-siyasi və geosiyasi vəziyyət gərgindir, nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password