Ermənistana “qələbə” vəd edən kimlərdir? – Yeni təxribatın detalları…

 

Qərb ölkələri ilə yanaşı, qeyri-qərb ölkələri də Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edən addımlar atırlar. Bu addımlardan ən başlıca Ermənistanın silahlandırılmasıdır. Çünki bu ölkənin timsalında pis qonşu təcrübəsi var.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

“Ermənistan digər dövlətlərin təsiri və təşviqi ilə öz qonşusuna yəni, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib. Burada kənar amillərlə yanaşı, daxili faktorlar mövcuddur”, – deyə o bildirib.

Ekspertin fikrincə, təcavüzkar təcrübəyə malik Ermənistanı yenidən silahlandırmaq, qarşıdurma vəziyyəti yaratmaq bölgədə hərbi-siyasi eskalasiya riskinin artmasına səbəb olacaq:

“Sözsüz ki, Azərbaycan bu kimi “təşəbbüslərə” laqeyd qala bilməz. Ölkəmiz istənilən halda öz ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına yönələn hansısa təhlükəni real hesab etsə, adekvat addımlar atacaq. Bu addımlar siyasi, hərbi müstəvidə də ola bilər”.

Mətin Məmmədli baş verə biləcək təxribatdan Ermənistanın hansısa “üstünlüklə” çıxması məsələsinə də aydınlıq gətirib:

“Bu təbii ki, xam təxəyyülün məhsuludur. Azərbaycanla Ermənistan arasında hərbi müstəvidə olan balans tam fərqlidir. Ona görə də Ermənistanın hansısa hərbi təxribat nəticəsində nəsə “üstünlük” qazanması mümkün deyil. Yaxşı olardı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu nəzərə alsın və sülh gündəliyindən çəkindirən kənar amillərə aludə olmasınlar”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password