Əsəd Ərdoğanla görüşmək istəyir? – Türkiyədən açıqlama

 

Hazırda Türkiyə Suriya hakimiyyəti ilə təmasda deyil, İran və Rusiyadan da Ankaraya Prezident Bəşər Əsədin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş istəyi ilə bağlı mesaj gəlməyib.

Bu barədə “Hürriyət” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Suriya kəşfiyyatının nümayəndə heyətinin Ankaraya gəlməsi ilə bağlı informasiya reallığı əks etdirmir, belə təmaslar yoxdur. Rəsmilər Suriya ilə əlaqədar Türkiyənin ABŞ və ya hər hansı başqa ölkə ilə razılığa gəldiyi barədə ehtimalı da təkzib ediblər.

“Ankara ölkənin milli təhlükəsizlik maraqlarına uyğun hərəkət edir”, – deyə rəsmi söyləyib. .

“Hürriyət”, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun bundan öncə Astana formatının bərpasını istədiyini, ardınca Ankaraya gələn onun iranlı həmkarı Abbas Əraqçinin də analoji təkliflə çıxış etdiyini yazıb.

Nəşr qeyd edib ki, Dohada keçiriləcək “Astana” formatlı görüşə hazırlıq bu həftənin sonunda başlayıb. Gözlənti var ki, həmin toplantıda Əraqçi və ya Lavrov Ərdoğanla görüş barədə Türkiyə tərəfinə Əsədin mesajını çatdıra bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password