Bayden gedənə qədər Rusiyanı çökdürməyə qərarlıdır – Ukraynaya yeni hərbi yardım, Kremlə növbəti ağır sanksiyalar gəlir

 

Co Bayden administrasiyası yanvarın 20-də hakimiyyət müddəti başa çatana qədər Rusiya hərbi maşınına zərbə vurmaq məqsədilə Rusiyaya qarşı daha da böyük sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Birləşmiş Ştatlar Rusiyanın maliyyə sektoruna qarşı ciddi sanksiyalar tətbiq edib və bunun ardınca daha da böyük sanksiyalar olacaq”, – deyə o, detalları açıqlamayıb.

Bundan əlavə, ABŞ Ukraynaya əlavə olaraq 725 milyon dollarlıq hərbi yardım verəcək ki, buna da HIMARS raket artilleriya sistemi üçün mərmilər və pilotsuz uçuş aparatları daxildir. Bu barədə isə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Yeni paketin bir hissəsi kimi Kiyev bu silah və sursatları alacaq:

Stinger raketləri, dron əleyhinə sistemlər üçün döyüş sursatları, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, piyada əleyhinə minalar, tank əleyhinə sistemlər, TOW idarə olunan raketlər, atıcı silahlar və kritik infrastrukturu qorumaq üçün avadanlıq.

Prezident Bayden yanvarın 20-də səlahiyyət müddətinin sonuna qədər Konqresin Ukraynaya verdiyi bütün hərbi yardımı xərcləməyə söz verib. Pentaqonun anbarından çıxarılacaq silahlar da daxil olmaqla, bu günə qədər bu məbləğ yeddi milyard dollardan çoxdur.

Donald Trampın prezident seçilməsindən sonra Bayden komandası Ukraynaya hərbi yardım göndərilməsini sürətləndirdi, Kiyevə Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə, piyada əleyhinə minaların Ukraynaya ötürülməsinə icazə verildi və Moskvaya qarşı yeni sanksiyalar paketi…

Xüsusilə, Putin hakimiyyətinin müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi gəlirlər hədəfə alınıb. Rusiyadan qaz ixracını çətinləşdirə biləcək “Qazprombank”-a qarşı sanksiyalar bu qəbildəndir. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password