Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın”.
Birləşmiş bələdiyyələrin geniş siyahısı ilə buradan tanış olmaq olar.