UEFA Millətlər Liqası: Qrup mərhələsinə yekun vurulub
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Sonuncu – VI turda 9 qarşılaşma baş tutub.
Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxıb. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gəlib.
Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olub.
UEFA Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
III qrup
23:45. Bosniya və Herseqovina – Niderland 1:1
23:45. Macarıstan – Almaniya 1:1
Xal durumu: Almaniya – 14, Niderland – 9, Macarıstan – 6, Bosniya və Herseqovina – 2.
B Liqası
I qrup
23:45. Çexiya – Gürcüstan 2:1
23:45. Albaniya – Ukrayna 1:2
Xal durumu: Çexiya – 11, Gürcüstan – 7, Ukrayna – 8, Albaniya – 5.
IV qrup
23:45. Monteneqro – Türkiyə 3:1
23:45. Uels – İslandiya 4:1
Xal durumu: Uels – 12, Türkiyə – 11, İslandiya – 7, Monteneqro – 3.
C Liqası
I qrup
23:45. Slovakiya – Estoniya 1:0
23:45. İsveç – Azərbaycan 6:0
Xal durumu: İsveç – 16, Slovakiya – 13, Estoniya – 4, Azərbaycan – 1.
D Liqası
II qrup
23:45. Malta – Andorra 0:0
Xal durumu: Moldova – 9, Malta – 7, Andorra – 1.
Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.