Şoltsun Putinə zəngi Zelenski ilə razılaşdırılıb – “Bild”
Almaniya kansleri Olaf Şoltsun cümə günü Rusiya prezidenti Vladimir Putinə zəng etməsi digər ölkələrlə əvvəlcədən razılaşdırılıb.
Bu iddia ilə “Bild” nəşri çıxış edib.
Nəşr yazır ki, söhbət oktyabrın ortalarında ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Key Starmerin Berlində görüşündə müzakirə edilib.
“Vladimir Zelenskiyə Şoltsun Putinə gözlənilən zəngi barədə əvvəlcədən məlumat verilib. Şolts digər məsələlərlə yanaşı, ABŞ-da keçirilən son seçkilər fonunda Moskvanın Kiyevlə danışıqlara hazır olması ilə bağlı vəziyyəti aydınlaşdırmağa çağırıb”, – nəşr bildirib.