Tramp Maskı bu vəzifəyə gətirir – Özü açıqladı

 

Amerikalı iş adamı Elon Mask mühafizəkar fəal Vivek Ramasvami ilə birlikdə yeni yaradılmış “Hökumət Effektivliyi Departamenti”nə (DOGE) rəhbərlik edəcək.

Bu barədə ABŞ prezidenti seçilən Donald Tramp bildirib.

“Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, – Tramp deyib.

Xatırladaq ki, Elon Mask Trampın seçki kampaniyasına 200 milyon dollardan artıq vəsait xərcləmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password