Polşa Prezidenti: COP29-un təşkilinin səviyyəsinə heyran qaldıq
Polşa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qalıb.
Bunu Polşa Prezidenti Andjey Duda iqlim konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub”, – o vurğulayıb.
Prezident A.Duda ümidvardır ki, COP29-da xüsusilə iqlim siyasəti məsələlərinə ciddi yanaşan və iqlimin qorunmasını inkişafın vacib elementi hesab edən ölkələr üçün mühüm qərarlar qəbul ediləcək.