“Rusiya və İran seçkilərə müdaxilə edir” – ABŞ-nin kəşfiyyat orqanları bəyanat yaydı

 

ABŞ kəşfiyyat və təhlükəsizlik rəsmiləri prezident seçkilərinə yönəlmiş kiberhücumlarda və dezinformasiya kampaniyalarında Rusiya və İranı günahlandırıb.

Milli Kəşfiyyat Xidməti, FTB və ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi noyabrın 4-də bildirib ki, “Rusiya ilə əlaqəli təsir subyektləri seçkinin legitimliyinə xələl gətirmək, seçicilər arasında seçki prosesi ilə bağlı qorxu yaratmaq üçün videolar və yalanlardan ibarət məqalələr hazırlayırlar”.

ABŞ agentliklərinin bəyanatında deyilir ki, Rusiyanın təsir dairələri bu yaxınlarda ABŞ rəsmilərinin seçki bülletenlərinin doldurulması və kiberhücumlar kimi müxtəlif taktikalardan istifadə edərək bəzi ştatlarda seçki saxtakarlığı planlaşdırdıqlarını iddia edən saxta məqalə dərc ediblər.

Bəyanatda deyilir ki, İran həm də seçkilər üçün əhəmiyyətli xarici təsir təhlükəsi olaraq qalır: “İranın təsir dairələri keçmiş seçki dövrlərində olduğu kimi, səsvermənin qarşısını almaq və ya zorakılığı təhrik etmək məqsədi daşıyan saxta media məzmunu yaratmağa cəhd edə bilər.”

Tehran və Moskva ABŞ-də prezident seçkiləri zamanı dezinformasiyanın yayılması ilə heç bir əlaqələrinin olmadığını bəyan ediblər. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password