İnam Kərimov: Azərbaycanda qanunvericilik bazası əsaslı şəkildə yenilənir

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə Şuradan məlumat verilib.

İclasda çıxış edən Şuranın sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, bu gün Azərbaycanda məhkəmə işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.

Eyni zamanda aparılan kadr islahatları, Ali Məhkəmə və Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlərin təyin edilməsi və peşəkar hakim korpusununun formalaşdırılmasının ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

İclasda həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password