Putinə dost dəstəyi: Ukraynanı təklədilər

 

Ukraynanın ərazi bütövlüyünü təmin edib-etməyəcəyi ABŞ seçkilərinin nəticəsindən asılı vəziyyətə salınıb.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya Prezidenti Vladimir Putin Qərbin ləngliyindən maksimum yararlanmağa çalışır. Bəziləri düşünür ki, Putinin Şimali Koreya hərbi qüvvələrini Ukrayna müharibəsinə cəlb etməsi yalnız Rusiyanın hərbi potensialının zəifləməsi ilə bağlıdır. Yəni Rusiya ordusu Ukraynanın şərqində işğal zonasını genişləndirərkən, Putinin Kursk vilayətini azad etmək üçün əlavə hərbi qüvvəyə ehtiyacı olub və Kreml sahibi bu məqsədlə Şimali Koreyaya müraciət edib. Bunda həqiqət payı var, hətta Rusiya bunun əvəzinə Şimali Koreyaya ərzaq yardımı söz verib”, – analitik bildirib.

Elxan Şahinoğlunun fikrincə, Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var:

“Putin bununla ABŞ və Avropa İttifaqının müttəfiqi Ukraynanı qoruya bilmədiyini göstərib. Putin sanki demək istəyib ki, Rusiya uğrunda döyüşmək istəyən dövlət varkən, NATO ölkələri Ukraynanı yalnız sözdə dəstəkləyirlər. Elə Ukrayna Prezident Vladimir Zelenski də təxminən eyni fikirdədir. Zelenskinin sözlərinə görə, Qərb liderləri Ukraynanı NATO üzvlüyünə qəbul etməmələri bir yana, sadəcə rəsmi dəvət ifadəsindən də çəkinirlər: “Bu, ədalətli deyil, sadəcə “yox” deməyin bir yoludur”.

 

Zelenski Ukraynaya səmimi cavab verilmədiyi qənaətindədir.

Ukraynanın ərazi bütövlüyünü təmin edib-etməyəcəyi ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsindən asılı vəziyyətə salınıb. Ukraynanın yalnız öz resursları hesabına torpaqlarını geri qaytara biləcəyi sual altındadır. Ukrayna ordusu Rusiya ilə yanaşı, liderlərinə (Kim Çen In) fanatikcə bağlı Şimali Koreya ordusu ilə də savaşmaq məcburiyyətindədir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password