Komitə sədri: Milli Məclis Avropa Parlamentinin absurd iddialarına vaxtında və tutarlı cavab verib

 

Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib.

Bunu Milli Məclisin oktyabrın 29-da keçirilən plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər:

“Bizdən üzr istədikdən sonra yenidən belə addımlar atırdılar. Əslində, Avropa Parlamentinin 120 deputatı bu sənədin əleyhinə çıxış edib. Macarıstan, İtaliya, Avropa İttifaqına daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr Avroparlamentin bu addımına cavab veriblər.

Gürcüstan da bu məsələyə sillə kimi cavab verdi. Hesab edirəm ki, bu addımlara qarşı birləşmək bizim üçün vacibdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password