Türkiyəli nazir: Azərbaycanla kənd təsərrüfatı sahəsində çox önəmli layihələrə imza atacağıq

 

Azərbaycanla kənd təsərrüfatı sahəsində çox önəmli layihələrə imza atırıq və atacağıq, fəaliyyətimizin növbəti mərhələsi də olacaq.

Bunu açıqlamasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı bildirib.

Nazir deyib ki, sentyabr ayında rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfəri zamanı iki ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm müzakirələr aparılıb və heyvandarlıq sahəsinin inkişafı ilə əlaqədar niyyət bəyannaməsi imzalayıblar:

“Əməkdaşlığımızın növbəti mərhələsi də olacaq. Azərbaycanla kənd təsərrüfatında çox mühüm işlərə imza atacağımızı düşünürəm”.

İbrahim Yumaklı meşə və kənd təsərrüfatının təkcə iki ölkə arasında deyil, bütün türk dövlətlərində də inkişafı üçün fəaliyyətlərini əsirgəməyəcəklərini bildirib:

“Məqsədimiz Türkiyə təcrübəsinin öyrənilməsi üçün hər cür şərait yaratmaq, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin bütün türk dövlətlərində formalaşmasını təmin etməkdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password