Azərbaycan NATO ilə enerji təhlükəsizliyi və iqlim dəyişikliyini müzakirə edir

 

Bu gün Bakı şəhərində ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO Dəyirmi Masa tədbiri keçirilib.

Tədbirdə NATO-nun İnnovasiya, hibrid və kiber məsələr bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən, ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, həmçinin, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən, COP-29 tədbirinə ev sahibliyi xüsusi vurğulanıb.

Məqaləyə dair fotomateriallar:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password