İrəvan “ikimiz anlaşaq” dedi, Ərdoğan Bakını göstərdi

 

Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, hələlik görüşün vaxtı təyin edilməyib.

Rubinyan görüşün iki ölkə arasında sərhəd keçid məntəqələri və Gümrü-Qars dəmir yolunun bərpası məqsədilə keçiriləcəyini deyib. Vitse-spiker Ankara və İrəvanın bundan öncə bu barədə razılaşma əldə etdiyini vurğulayıb.

Ötən günlərdə İstanbulda Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresi çərçivəsində Ermənistan və Türkiyənin nəqliyyat nazirləri arasında görüş keçirilib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri (Ruben Rubinyan və Atilla Kılıç) sonuncu dəfə iyulda təmir edilmiş Marqara keçid məntəqəsində görüşüblər. Həmin görüşdə Rubinyan və Kılıç Gümrü-Qars dəmir yolu ilə bağlı texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlib.

Bu gün Ermənistan nümayəndəsi təfərrüatlı şəkildə bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə tərəflərin müəyyən etimad quruculuğu tədbirləri həyata keçirəcəyini bildirərkən bu razılaşmanı nəzərdə tutub.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 23-də Ankara-İrəvan dialoqunun kifayət qədər müsbət templə inkişaf etdiyini açıqlayıb: “Ümid edirəm ki, çox yaxın gələcəkdə yeni nəzərəçarpacaq nailiyyətlər görəcəyik”.

“Azatutyun”a görə, Mirzoyan və Rubinyanın, ümumilikdə İrəvanın Türkiyə ilə münasibətlərin tezliklə bərpa ediləcəyinə dair nikbinliyi üçün şifahi anlaşmalar olsa da, münbit zəmin yoxdur. Mənbə yazır ki, İrəvan və Ankara 44 günlük müharibədən sonra barışıq cəhdinə başlasa da, Türkiyə (Prezident Rəcəb Tayyib Ərdoğan) ikitərəfli münasibətlərin normallaşmasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı olduğunu açıqlayıb. Politoloq Narek Sukiasyan da bu fikirdədir. Onun sözlərinə görə, Ermənistan-Türkiyə əlaqələrinin donunu sülh sazişinin imzalanması əridə bilər./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password