Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

 

Prezident İlham Əliyev Ermənistanla sərhədin delimitasiyası üzrə komissiyanın əsasnaməsini təsdiqlədi. Bir neçə gün öncə Ermənistan parlamenti əsasnaməni ratifikasiya etmişdi.

Əsasnamə layihəsində sərhədin delimitasiyasının Alma-Ata bəyannaməsinə əsaslanması öz əksini tapır. Bakının bundan sonra sərhədlə bağlı əsas planı sülh sazişində delimitasiyanın baza prinsipini (Alma-Ata bəyannaməsinə istinad edilməyən) fərqli formada müəyyənləşdirmək və əsasnamənin bununla bağlı bəndini dəyişdirmək olmalıdır.

İstisna deyil ki, Kazanda Əliyev-Paşinyan təmasları zamanı bu məsələ də müzakirə edilib. Əliyevin Kazan görüşündən sonra əsasnaməni təsdiqləməsi müəyyən razılaşmaların olması ehtimalını önə çıxarır.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password