Ankara teraktının qarşısı niyə alınmadı? – Ağar

 

Nə qədər təhlükəsizlik tədbiri görülsə də, bəzən bu kimi olayların qarşısını almaq mümkünsüz olur. Xüsusilə terror hadisələrinin intensivləşdiyi İraq, Suriya kimi bölgələrdə, yaxud 2014-2017-ci illər arasında Türkiyədə baş vermiş terror aktlarına nəzər yetirdikdə belə məqamların qaçılmaz olduğunu görürük. Bunun səbəbi sadəcə terror yağışıdır. Planlaşdırılan terror aktlarının 99 faizinin qarşısı alınır, amma 1 faiz necəsə sıza, gerçəkləşə bilir.

Bu sözləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ölkənin önəmli hərbi sənaye quruluşu yaxınlığında terror aktının necə baş verməsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, burada təhlükəsizlik sistemlərini sorğulamaq doğru deyil:

“İstənilən halda güvənlik sistemlərindən məsul olan şəxslər məsələni araşdıracaq. Düşünürəm ki, hadisənin təfərrüatından xəbərsiz olub, kənardan onların işinə müdaxilə edib, sorğulamaq düzgün deyil. Nəticədə təhlükəsizlik qüvvələrinin etibarına xələl gəlməsi kimi bir vəziyyət ortaya çıxır. Birmənalı şəkildə tədbir alınıb, amma küçədən, sivil həyatın içərisindən gələn bir sızma nəticəsində terakt baş tutub. Küçəyə tam nəzarət etmək mümkün deyil. Türkiyə mövcudluğu boyunca çoxsaylı sızmalara məruz qalıb. Çoxunu da əngəlləyib. Terror hadisələrinin günbəgün daha da təkmilləşdirilərək, həyata keçirildiyini nəzərə alsaq, bütün alınan tədbirlərə rəğmən hansısa birinin reallaşa bilməsi ehtimalını qəbul etmək məcburiyyətindəyik”.

Qeyd edək ki, ötən gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password