UEFA Çempionlar Liqası: “Real” qalib gəlib, “Yuventus” məğlub olub
\UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura 9 oyunla start verilib.
İspaniyanın “Real” klubu doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edib. Qarşılaşma “Real”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
PSJ (Fransa) Niderland təmsilçisi PSV ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İtaliyanın “Yuventus” klubu isə “Ştutqart”a (Almaniya) 0:1 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
22 oktyabr
20:45. “Milan” (İtaliya) – “Brügge” (Belçika) 3:1
20:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) 5:1
23:00. PSJ (Fransa) – PSV (Niderland) 1:1
23:00. “Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya) 0:1
23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 2:0
23:00. “Jirona” (İspaniya) – “Slovan” (Slovakiya) 2:0
23:00. “Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) 0:2
23:00. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 5:2
23:00. “Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) 1:0
Qeyd edək ki, Liqa mərhələsində III tura bu gün baş tutacaq 9 oyunla yekun vurulacaq.