Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır!

 

Rusiya Moldova və Gürcüstan uğrunda mübarizədə tədricən üstünlük əldə edir. Bu, Avropanı ayağa qaldırmalıdır.

Bu barədə “Politiko” nəşri Moldovada bazar günü keçirilən prezident seçkiləri və ölkənin AB-yə üzvlüklə bağlı referendumun nəticəsilərinə əsasən yazıb.

Məqalədə vurğulanıb ki, AB Gürcüstan və Moldovanı Kremlin orbitindən çıxaracağına əmin idi:

“Bu həftə keçirilən seçkilər göstərir ki, AB-nin bu optimist baxışı getdikcə qeyri-müəyyənləşir”.

Nəşr xatırladıb ki, Moldovada bazar günü baş tutan referendumda seçicilərin yalnız 50,4 faizi AB-yə üzvlük üçün səs verdi:

“Bu, Rusiyanın xeyli sayda moldovalı seçicini “satın ala bildiyi” və yalnız möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatları təsdiqləyir. Səsvermə ölkənin birliyini nümayiş etdirmək əvəzinə yeni təhlükəli demarkasiya xətti yaradıb və Kremli nəticəni pozmağa cəhd etməyə inandırıb. Ona görə də 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim Gürcü Arzusu Partiyası AB-yə üzvlüyünü qeyri-mümkün edəcək qeyri-liberal proqrama sadiq qalmaq niyyətindədir”.

Nəşrə danışan Demokratiyanın Müdafiəsi üzrə Vaşinqton Fondunun eksperti İvana Stradner vurğulayıb ki, Qərb siyasətçilərinin dərk etmələrinin vaxtı çatıb ki, Rusiyanın müharibəsi təkcə Ukrayna ilə məhdudlaşmır:

“Bu, Moskvanın təsir edə biləcəyini düşündüyü istənilən yerdə demokratik dünya ilə mübarizəyə yönəlib. Putinin qalib gəlmək üçün istifadə etdiyi bütöv bir strategiyası var”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password