Atlantikdən gələn təhlükə: İki ölkə donacaq…

 

Qırxdan çox iqlimşünas Skandinaviya ölkələrini Atlantik axınlarında böyük dəyişikliklərə səbəb ola biləcək qlobal istiləşmənin qarşısını almağa çağırır. Onların fikrincə, bu durum hava şəraitinin kəskin dəyişməsinə səbəb ola və ekosistemlərə zərər verə bilər.

Bu barədə “Reuters” məlumat yayıb.

Elm adamlarına görə, Şimali Atlantikə isti sular daşıyan və Avropanı mülayim iqlimlə təmin edən okean cərəyanları sistemi olan Atlantik meridional dövriyyəsinin pozulması Arktika və ondan kənarda yaşayış yerlərini təhdid edə bilər.

Okeanların dövriyyəsindəki bu cür dəyişiklik xüsusilə Şimal ölkələri, həm də dünyanın digər regionları üçün dağıdıcı və geridönməz nəticələrə səbəb olacaq.

Bir sıra tədqiqatlar göstərir ki, Atlantik cərəyanlarında dəyişiklik təhlükəsinə ciddi yanaşılmayıb. Alimlər deyirlər ki, yaxın bir neçə onillikdə durumun təhlükəli nöqtəyə çatması ehtimalı var.

“Əgər Böyük Britaniya və İrlandiya Şimali Norveçə çevrilsə, bunun böyük nəticələri olacaq. Bu ehtimalın o qədər də az olmadığı qənaətinə gəlmişik”, – Kopenhagen Universitetinin professoru Peter Ditlevsen söyləyib.

Mütəxəssislərin fikrincə, okean cərəyanı sisteminin məhv edilməsi Şimal yarımkürəsinin (Azərbaycan da bu hissədə yerləşir – red.) soyumasına, Atlantik okeanının səviyyəsinin qalxmasına, Avropa və Şimali Amerikada yağıntıların azalmasına, Cənubi Amerika və Afrikada mussonların dəyişməsinə səbəb olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password