Zelenskinin “atom bombası˝ – Reallıq, yoxsa Qərb müttəfiqlərini təhdid?…

 

Rusialı ekspert: “Ukrayna qısa müddətdə ˝kirli atom bombası˝ əldə edə bilər”

Almaniyanın nüfuzlu ˝Bild˝ dərgisində yer alan ˝Ukrayna atom bombası yarada bilər˝ iddiası təkcə Rusiya və Ukraynanın deyil, bütün Avropanın da media məkanını silkələməkdə davam edir.

Zelenskinin Trampa söylədiyi ˝bizi NATO-ya qəbul etməsəniz, atom bombası yaratmaqdan başqa çıxış yolumuz qalmır˝ ifadəsi ən müxtəlif aspektlərdən şərh edilir. Bəziləri bunu Ukraynanın yeganə qurtuluş yolu, bəziləri isə Qərb müttəfiqlərini şantaj etmək cəhdi kimi qiymətləndirir.

Yada salaq ki, ˝Bild˝-ə danışan ukraynalı mənbə ˝Kiyev qərar verərsə, Ukrayna cəmi bir neçə həftəyə nüvə bombası hazırlaya bilər˝ ifadəsi ilə yanaşı ˝Qərb artıq Rusiyanın qırmızı cizgilərinə deyil, Ukraynanın qırmızı cizgilərinə daha çox diqqət yetirməlidir˝ cümləsini işlədib. Etiraf edək ki, bu iki cümlə Qərbə doğru yönəlmiş üstüörtülü şantaja daha çox bənzəyir. Zelenskinin ˝ya NATO, ya da bomba˝ fikrini bir qədər açmağa çalışaq. Ukrayna fəlakət durumundadır və Şimali Atlantik Bloku doğrudan da çıxış yolu ola bilər. Amma Zelenski də, ətrafı da gözəl anlayır ki, bloka üzvlük üç günün, beş günün işi deyil. Mövcud şəraitdə bu proses illərlə sürən uzun bir yoldur. Ukraynaya isə ˝acil xilas˝ gərəkir. Qalır bomba söhbəti. Maraqlıdır, nədən həm Zelenski, həm də ˝Bild˝-ə danışan ukraynalı mənbə bomba məsələsini eyni anda gündəmə atırlar. Onlar da bilməmiş deyil ki, nüvə silahı yaratmaq üzərində çox ağır beynəlxalq qadağalar var. Bu qadağalardan dolayı nüvə silahı yaradan olkəkər həmin silahı gizlicə yaradırlar. Ukrayna isə nüvə silahını yaratmamış onun elanını verir.

Məlumdur ki, Qərb Ukrayna üzərindən çox qanlı və acımasız oyun yurudur. Müharibəni maksimum uzadır, ukraynalıların canı və qanı bahasına Rusiyanı zəflətməyə çalışırlar. Bunu bütün tərəflər görür və Ukrayna bu ikibaşlı oyundan iliklərinə qədər yorulub və bezib. Zelenskinin ortaya atdığı bomba yaradacağız iddiası da Ukraynanın Qərbə ünvanladığı ˝son çağrı˝ elanıdır. Bu elanla Zelenski Qərbə ˝üzərimizdən oynadığınız iyrənc oyunlara son qoyun və bizə lazım olan qədər silah verin. Yoxsa, Ukraynanın nüvə silahı yaratmaq potensialı var və biz həmin silahı yaradacağız˝ deyir. Xəritədən silinmək üzrə olan bir ölkənin dəhşətdən və ümidsizlikdən doğan bu çağrısı nərə alinasidir. Çünki Qərbdən gözlədiyi böyük dəstəyi ala bilməsə, ˝ya ölüm, ya da bomba˝ seçimi qarşısında qalan Ukrayna bombanı seçə bilər. Bu isə təkcə Avropada deyil, dünya çapındakı bütün dəngələri alt-üst edərdi. Və yaxın gələcəkdə Ukraynanın istəkləri çərçivəsində Qərbin real addımlarını görsək, heç də təəccüblənməyək.

İndi baxaq, Ukraynanın atom bombası yaratmaq iddiası reallığa nə dərəcədə yaxındır. Ukrayna 90-cı illərdə 130-dan artıq atom bombasına sahib olub. Sovet İttifaqının Rusiyadan sonra ən böyük müdafiə sənayesi obyektləri Ukraynada fəaliyyət göstərib. Rusiyalı hərbi ekspert, istefada olan polkovnik Anatoli Matveyçuk ˝Lenta Ru˝ portalına açıqlamasında bildirib ki, Ukrayna ərazisində nüvə bombası istehsal edən zavodlar olub. ˝Amma indi həmin zavodlar işləmir. Yenidən bomba istehsal etmək üçün bütün texnoloji prosesləri bərpa etmək və zavodları işə salamaq uzun zaman tələb edir.˝ Bununla belə, polkovnik iddia edir ki, Ukrayna çox qısa müddətdə ˝kirli bomba˝ yarada bilər.

Qeyd edək ki, ˝kirli bomba˝ güclü partlayış effekti doğurmasa da, çox geniş əraziyə radioaktiv tullantılar yayır və həmin ərazilərdə onilliklər boyunca insanların yaşaması mümkünsüz olur.

Digər tərəfdən, 40-50 ildir ki, Ukrayna ərazisində Avropanın ən böyük atom elektrik stansiyaları fəaliyyət göstərir. Mütəxəssislərin söyləmələrinə görə, atom elektrik stansiyasından atom bombasına qədər cəmi bir addımlıq məsafə var. Ukraynada nüvə texnologiyalarını bilən minlərlə mühəndis və gərəkli infrastruktur var. Bu potensialı nüvə bombası istehsalına yönəltmək isə yalnizca zamana ehtiyaci olan məsələdir. Rusiya mətbuatında gedən məlumatlara görə isə, Ukraynaya bəzi radioaktiv maddələrin gətirilməsi haqqında kəşfiyyat məlumatları mövcuddur.

Bombanın özünü yaratmaqdan sonra, ikinci ən böyük problem həmin bombanı mənzilə çatdıracaq raketlərin olmasıdır. Heç şübhəsiz, Qərb Ukraynaya belə raketlər verməyəcək. Lakin Ukraynanın öz istehsalı olan “Neptun” raketləri var. Rəsmi qaynaqlarını verdiyi məlumatlara görə, Ukrayna və Bolqarıstan “Neptun” raketlərinin mənzilinin min kilometrin üzərinə çıxarılması istiqamətində birgə çalışmalar yürüdürlər. Artıq fəaliyyətlərin uğurla başa çatdığı və raketlərin sınaq atışlarına başlandığı barədə açıq qaynaqlarda məlumatlar var…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password