Avstriyalı analitik: COP29 təkcə iqlim dəyişmələri paktının bir parçası deyil, həm də iqtisadi məsələdir

 

COP29 təkcə iqlim dəyişmələri paktının bir parçası deyil, həm də iqtisadi məsələdir.

Bunu Türkiyə bürosuna açıqlamasında avstriyalı siyasi analitik Klaus Jürgens noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqında fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə əsas diqqətin inkişaf etməkdə olan və qlobal istiləşmənin mənfi təsirinə daha çox məruz qalan ölkələrə yönləndirilməsi vacibdir:

“COP29 çox mühüm tədbirdir. Hər şeydən öncə bu toplantı iqlim dəyişmələri, ətraf mühit və digər mühüm məsələlərlə əlaqədardır. Yəni belə tədbirlər hansı ölkədə keçirilməsindən asılı olmayaraq çox əhəmiyyətlidir. İndiki şəraitdə isə inkişaf etmiş ölkələrin bu məsələdə dəstəyi önəmlidir”.

Tədbirin Bakıda keçirilməsinə gəlincə, analitikin fikrincə, Azərbaycan hökuməti COP29-la müsbət gündəmə nail olacaq:

“Bu beynəlxalq tədbir göstərəcək ki, Azərbaycan böyüyür və qlobal qrafikə təsir edir. Bu isə Azərbaycanın dünyadakı reputasiyasını qaldırır. Təbii ki, bu, Azərbaycan üçün iqtisadı və siyasi baxımdan böyük bir avantaj, üstünlük deməkdir”.

Dohada keçirilən COP28-də 700 jurnalistin iştirak etdiyini vurğulayan Klaus Jürgens deyib ki, bunun üçün hotel, infrastruktur, maşın, sürücü və sairlər lazımdır. Bildirib ki, Azərbaycanın da COP29-un öhdəsindən uğurla gələcəyinə inanır.

“COP29-un broşürünə baxanda da mənzərədən aydın olan budur ki, Bakı artıq tədbirə hazırdır. Azərbaycan hökuməti bu tədbirə gələcək nümayəndə heyətlərinə, diplomatlara, hər kəsə əvvəlcədən dəstəyini də əsirgəmir. Düşünürəm ki, Azərbaycan COP29-dan istifadə edərək bəzi ölkələrə deyəcək – “Biz istənilən yerdə dostuq”. Və belə bir diplomatiya davam etməlidir. Yəni bu gün COP29 bitdisə, bu diplomatiya, hesab edirəm ki, bitməyəcək”, – analitik vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password